Ötən gün ölkədə 10 kiloqramdan çox narkotik aşkarlanıbbackend

Ötən gün ölkədə 10 kiloqramdan çox narkotik aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşlarının yanvarın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 10 kiloqram 555 qram marixuana, 103 qramdan çox heroin və 37 qram metamfetamin olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.