Oyunla bağlı rüşvət alan futbol hakimi HƏBS OLUNDUbackend

Oyunla bağlı rüşvət alan futbol hakimi HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oyunla bağlı rüşvət alan futbol hakimi həbs olunub, daha sonra ev dustaqlığına buraxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk məlumat verib.

“Torpedo” – “Kamaz” matçı üçün 1,5 milyon rubl rüşvətlə bağlı iş üzrə futbol hakimi ev dustaqlığına buraxılıb.

Hakim və vasitəçinin evlərində axtarış aparılıb, rabitə vasitələri və digər əşyalar maddi sübut kimi götürülüb.

Çərşənbə axşamı hakim Boqdan Qolovko Moskva klubunun xeyrinə qəsdən səhvlə bağlı iş üzrə saxlanılıb.

Cümə axşamı “Torpedo” Rusiya Premyer Liqasından kənarlaşdırılıb.

Xuraman Etibarlı

İnterpress.az