Özbəkistandakı Azərbaycan diasporuna yeni sədr seçilib – FOTObackend

Özbəkistandakı Azərbaycan diasporuna yeni sədr seçilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin iclası keçirilib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, iclas Daşkənddə, Özbəkistanın Nazirlər Kabineti yanında Xarici Ölkələrlə Dostluq Əlaqələri üzrə Xarici Əlaqələr Komitəsinin binasında baş tutub.

İclas zamanı təşkilata seçkilər keçirilib.

Seçkidə RAZMMM İdarə Heyətinə aşağıdakı yeni rəhbər və üzvlər seçilib:

1. RAZMMM İdarə Heyətinin sədri – Məmmədov Mobil Yakub oğlu
2. RAZMMM İdarə Heyətinin sədrinin müavini – Abdullayev Hasay Sarı oğlu
3. RAZMMM İdarə Heyətinin sədr müavini – Hüseynov Firdovsi Fəqət oğlu
4. RAzMMM-nin İdarə heyətinin icraçı müdürü – Mehrəliyeva Gülnar Şahid qızı.