“Özsüt”dən Azərbaycan Bayrağına qarşı HÖRMƏTSİZLİK – FOTObackend

“Özsüt”dən Azərbaycan Bayrağına qarşı HÖRMƏTSİZLİK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən “Özsüt” restoranlar şəbəkəsində Azərbaycanın Dövlət Bayrağına qarşı hörmətsizlik nümayiş olunur.

Bu barədə İnterpress.az-ın redaksiyasına daxil olan məlumatda deyilir.

Qeyd olunur ki, “Özsüt”ün Səbail rayonu ərazisində (Fəvvarələr meydanı) yerləşən restoranında Azərbaycan Bayrağı döşəmənin üzərində sərilib.

Beləliklə, restoranda Dövlət Bayrağının nümayişkəranə şəkildə təhqir olunması insanların haqlı qəzəbinə tuş gəlib.

Restorana təşrif buyuran qonaqlar rastlaşdıqları mənzərəni gördükdən sonra obyekt sahibindən bu hörmətsizliyin aradan qaldırılması üçün dərhal tədbirlər görməsini tələb edib.

Amma buna baxmayaraq, onların tələblərinə qarşı heç bir reaksiya verilməyib.

Qeyd edək ki, “Özsüt”ün FETÖ-yə bağlı sahibkarlara aid olduğu iddia edilir.