“Özümüzü cinsi azlıq kimi göstərib görüşə gələnləri alçaldırdıq” – Videobackend

“Özümüzü cinsi azlıq kimi göstərib görüşə gələnləri alçaldırdıq” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə tanış olduqları şəxsləri Yasamal rayonunda yerləşən “Qanlıgöl” adlanan əraziyə çağırıb onlara qarşı quldurluq edən və zərərçəkənlərin şəxsiyyətlərini alçaldan videolar çəkərək hədələyən dəstə üzvləri həbs ediliblər.

“Qafqazinfo” xəbər verir ki, polisə ifadə verən şəxslər bu əməli necə törətdiklərini etiraf ediblər. Dəstə başçısı Sadiq Ovçiyev tanış olduqları şəxslərə özlərini cinsi azlıq kimi təqdim etdiklərini bildirib: “Mən və dostlarım instaqramda özümüzü cinsi azlıq kimi təqdim edirdik və bizimlə görüşmək istəyən şəxsləri Qanlıgöl massivində sahibsiz evlərə salıb, döyüb alçaldıcı hərəkətlər edirdik. Telefona çəkirdik, üstündə olan qiymətli əşyalarını və pullarını alırdıq. Biz videoları o məqsədlə çəkirdik ki, əgər həmin şəxs bizim haqqımızda polisə şikayət edərsə, biz də həmin videoları sosial şəbəkələrdə yayarıq. 20-ə yaxın şəxsə qarşı həmin ərazidə əxlaqsız və alçaldıcı hərəkətlər etmişik”.

Dəstə üzvləri isə bildirib ki, qurbanlarını görüşmək adı ilə Qanlıgöldəki evə gətirirmişlər: “Sadiq onları gətirəndən sonra biz evə daxil olub həmin şəxsə qarşı döymək, vurmaq əməllərini edirdik, axırda isə telefonunu, pulunu alırdıq. Həmin şəxsi döyəndən sonra videoya çəkirdik və deyirdik, əgər polisə desən, videonu sosial şəbəkələrdə yayacağıq”.