Pakistandakı müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar ABŞ-ın Əfqanıstandan çıxarılması zamanı geridə qalan ABŞ hərbi texnikasının silahlıların əlinə keçdiyini iddia edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İslamabaddakı ofisində jurnalistlərə açıqlama verən Kakar, ABŞ-ın tərk etdiyi hərbi texnikanın yaraqlılar tərəfindən ələ keçirildikdən sonra Əfqanıstanda yerləşən Pakistan Talibanına (TTP) çatdığını iddia edib. Kakar, gecə görmə eynəklərindən tutmuş odlu silahlara qədər geniş çeşidi ehtiva edən bu avadanlıqların TTP-nin döyüş qabiliyyətini artırdığını və bu vəziyyətin İslamabad üçün “yeni problem yaratdığını” bildirib. İddiasını dəstəkləmək üçün heç bir dəlil təqdim etməyən və Əfqanıstandakı Taliban rəhbərliyi ilə TTP arasında birbaşa əlaqə yaratmayan Kakar, bu problemlə mübarizə üçün “koordinasiyalı yanaşma”nın tətbiq edilməsi lazım olduğunu vurğulayıb.