Pakistanın Hayber Paxtunxva əyalətində bombalı hücum nəticəsində iki mülki şəxs həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Vəziristanın Hayber-Paxtunxva bölgəsində hücumçu bomba yüklü avtomobilini partladıb.
Bombalı hücum zamanı bölgədə ər və arvad olmaqla iki mülki şəxs həlak olub.
Səlahiyyətlilər hücumçunun bombanı təsadüfən və ya vaxtından əvvəl partlatdığını düşündüyünü bildirib.
Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
2023-cü ilin ilk 6 ayında terror hücumları 79 faiz artıb.
Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə, bu ilin ilk altı ayında terror hücumları 2022-ci illə müqayisədə 79 faiz artıb.
İlin ilk 6 ayında 271 terror aktı baş verib, 389 nəfər həyatını itirib. 2022-ci ilin eyni dövründə 151 terror aktı baş verib, 293 nəfər həyatını itirib.
Son aylar ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.
İslamabad bu hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə edildiyini iddia edir, Əfqanıstan bunu rədd edir.