Pakistanda sərnişin avtobusunun pikap maşınına çırpılması nəticəsində 20 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pakistanın Pəncab əyalətinin Hafizabad əyalətində dünən Kəraçi ilə İslamabad arasında hərəkət edən sərnişin avtobusu yanacaq çəlləkləri daşıyan pikap maşınına çırpılıb.
Toqquşmadan sonra alovun avtobusu bürüməsi nəticəsində 20 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Yaralıların sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparıldığı, 3 nəfərin vəziyyətinin ağır olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.