Pakistanda iki qayıq toqquşub, 30 balıqçı itkin düşübbackend

Pakistanda iki qayıq toqquşub, 30 balıqçı itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Sind əyaləti sahillərində – Ərəb dənizində yanvarın 22-də iki qayığın aşması nəticəsində 30-dan çox balıqçı itkin düşüb.

İnterpress.az “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə polis məlumat verib..

Bildirilib ki, qayıqlarda 35-dən çox balıqçı olub. Onlardan 5-i xilas olunub. Pakistan Hərbi Dəniz Qüvvələri və könüllülər itkin düşənlərin axtarışını davam etdirirlər.

Yerli hakimiyyət nümayəndəsi hadisəyə səbəb olaraq güclü küləyi və qayıqların həddən artıq yüklənməsini göstərib.