Atlantik və Sakit okeanları birləşdirən Panama kanalında quraqlıq səbəbindən nəqliyyatın hərəkəti dayanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
200-dən çox gəmi həftələrdir su saxlamaq üçün keçidlərin məhdudlaşdırıldığı kanalın hər iki tərəfində gözləyir.
Keçən əsrin ən şiddətli quraqlığı səbəbindən hakimiyyət orqanları keçidlərin sayını 32-yə endirib, milyonlarla dollarlıq yük daşıyan nəhəng gəmilərin Panama kanalının girişində lövbər salmasına səbəb olub.
Yağıntıların azalması səbəbindən gəmi keçidlərində istifadə olunan çəndə suyun miqdarı azaldığından kanal rəhbərliyi sentyabrın 2-dək tranzit məhdudiyyəti qoymalı olub.
Bölgədəki yağıntıların miqdarının son 20 ildə azaldığını ifadə edilib, iqlim böhranı ilə mübarizə aparılmasının zəruriliyi bildirilib.
Mütəxəssislər kanalın əsas su mənbələrindən biri olan Qatun gölündə suyun miqdarının rekord temperaturlara görə azaldığını qeyd ediblər.