Panama prezidenti Trampı yalançı ADLANDIRDIbackend

Panama prezidenti Trampı yalançı ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Panama prezidenti Trampı Panama kanalı ilə bağlı şərhlərə görə yalançı adlandırıb.

İnterpress.az xəbər verir ki, Panama prezidenti Xose Raul Mulino müvafiq nəşri sosial şəbəkələrdə yerləşdirib.

Mulino ABŞ lideri Donald Trampın ABŞ-nin Panama kanalına nəzarəti bərpa etməyə başladığını dedikdən sonra onu yalan danışmaqda ittiham edib.

“Prezident Tramp yenə yalan danışır. Panama kanalı heç kimə təhvil verilmə prosesində deyil və əlbəttə ki, katib Rubio və ya başqası ilə söhbətlərimizdə bu barədə danışılmayıb. Panama və bütün panamalılar adından həqiqətə və bir millət olaraq ləyaqətimizə qarşı edilən bu yeni təhqiri rədd edirəm”, – nəşrdə deyilir.

Xuraman Etibarlı

İnterpress.az