Parisdə yarmarkada 990 kiloqramlıq inək 17 min avroya satılıbbackend

Parisdə yarmarkada 990 kiloqramlıq inək 17 min avroya satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada 60 ildir keçirilən ənənəvi Paris Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində 990 kiloqram ağırlığında bir inək təxminən 17 min avroya satılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Bu il 60-cı dəfə keçirilən Paris Beynəlxalq Sərgisi öz ziyarətçilərini qarşılamağa davam edir.

Yarmarkada iribuynuzlu mal-qaranın yerləşdiyi 1-ci salonda “Aquitaine Blondes” kimi tanınan inək cinsini tanıdan stenddə işləyən Damien Blanc 990 kiloqram ağırlığında bir inəyin təxminən 17 min avroya alıcı tapdığını söyləyib.

Bu satışla rekord qiymətə çatdıqlarını açıqlayan Blan sözügedən heyvanın Korsika adasının Porto-Veckio şəhərində bir qəssab tərəfindən alındığını ifadə edib.

Qəssabın bu inəyi dükanını reklam etmək və vitrinində nümayiş etdirmək üçün aldığını bildirən Blan bu vəziyyətin onu işini daha yaxşı görməyə və heyvanlarını daha yaxşı böyütməyə təşviq etdiyinə diqqət çəkib:

“Bu cinsin çox qazancı var, bu cinsdə sümüklərdən daha çox əzələ olduğu üçün qəssablar da maraqlıdır”.

Paris Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Fransanın kənd təsərrüfatı sektorunu və heyvandarlığı təşviq edən aparıcı tədbir kimi tanınır.

Yüz minlərlə ziyarətçini qəbul edən ənənəvi yarmarkada prezident də daxil olmaqla, tanınmış siyasətçilər iştirak edir.

Yarmarka martın 3-dək öz ziyarətçilərini qəbul edəcək.