Parlament Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin etdibackend

Parlament Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına Milli Məclis tərəfindən yeni üzvlər təyin olunub.

İnterpress.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin iclasında səsə qoyulub.

Parlament sədrinin müavini Adil Əliyev, deputatlardan Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev Komissiyaya üzv təyin olunublar.

Həmçinin, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də quruma üzv olub.

Parlamentin sədri Sahibə Qafarova həmin şəxsləri təbrik edib.

Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Onun səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Buna qədər Komissiyanın Milli Məclis tərəfindən təyin edilən üzvləri aşağıdakı şəxslər idi: parlament sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Bəxtiyar Əliyev, Ziyafət Əsgərov, Baş nazirin müavini Əli Əhmədov (deputat olarkən təyin olunub) və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov.

İnterpress.az