Parlamentdə COVID-19 ilə bağlı ölkədəki mövcud vəziyyətə dair dinləmələr keçiriləcəkbackend

Parlamentdə COVID-19 ilə bağlı ölkədəki mövcud vəziyyətə dair dinləmələr keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə dair dinləmə keçiriləcək.

İnterpress.az-ın məlumatına görə, bu, Milli Məclisin Səhiyyə  komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planında əksini tapıb.

Səhiyyə komitəsi payız sessiyasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi və onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri ilə bağlı da dinləmələr təşkil edəcək.

 İş Planı Səhiyyə komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

İnterpress.az