Paşinyan: Ermənistanın öhdəliklərinə ölkə ərazisindən kənarda heç bir obyektin və ya abidənin mühafizəsi daxil deyilbackend

Paşinyan: Ermənistanın öhdəliklərinə ölkə ərazisindən kənarda heç bir obyektin və ya abidənin mühafizəsi daxil deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın öhdəliklərinə Ermənistan Respublikası ərazisindən kənarda heç bir obyektin və ya abidənin mühafizəsi daxil deyil.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə sual-cavab zamanı deyib. O, Ermənistanın Ermənistandan kənarda tarixi və mədəni dəyərlərin qorunmasına necə iddia edə biləcəyi ilə bağlı sualı cavablandırıb.

“Ermənistan hökumətinin öhdəliklərinə bütün tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi, populyarlaşdırılması və inkişafı daxildirş Lakin mən deyə bilmərəm ki, Ermənistanın öhdəliklərinə Ermənistan Respublikası ərazisindən kənarda hər hansı obyektin və ya abidənin mühafizəsi daxildir.

Həmçinin öhdəlikləri yerinə yetirmək üçün imkan, əlçatanlıq və təsir imkanları olmalıdır. Bu baxımdan deyə bilmərəm ki, Ermənistan ərazisindən kənarda olan hər hansı obyektin, abidənin mühafizəsi Ermənistanın üzərinə düşür. Ermənistan Respublikası hüdudlarından kənarda abidələrin qorunub saxlanması Ermənistan hökumətinin gündəmində olan məsələdir. Gündəmdə olan məsələ isə həm də qlobal mədəni irsin qorunmasıdır, çünki Ermənistan YUNESKO-nun tamhüquqlu üzvüdür”, – Paşinyan qeyd edib. .

Xuraman Etibarlı

İnterpress.az