Paşinyan: Mənim vətənpərvərliyim Ermənistana vurduğum ən böyük ziyandırbackend

Paşinyan: Mənim vətənpərvərliyim Ermənistana vurduğum ən böyük ziyandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənim vətənpərvərliyim Ermənistana vurduğum ən böyük ziyandır.

İnterpress.az xəbər verir ki, bu barədə Nikol Paşinyan 2-ci Erməni Qlobal Sammitində bildirib.

“İndi sizə indiyə qədər yalnız ailə üzvlərimlə bölüşdüyüm bir şeyi söyləyəcəyəm. Bu mövzuda komandamın ən yaxın üzvləri ilə belə danışmadım. 2018-ci ildən, mənim baş nazir olduğumdan bəri mövcud olan ən böyük problem bizdə olan vətənpərvərlik olub və deyilənlərdə ironiya və sarkazm yoxdur.

Bizim qarşılaşdığım ən böyük problem mənim vətənpərvərliyimdir, o mənada ki, bu vətənpərvərlik modelinin Vətənimizlə heç bir əlaqəsi yoxdur.

Bu vətənpərvərlik modeli ona görə lazımdır ki, Ermənistan Respublikası olmasın. Biz vətənpərvərliyimizin bu özünü məhv edən tərəfini görməliyik.

Əgər mən vətənpərvər olmasaydım, bu, Ermənistan Respublikasının maraqlarına uyğun olardı. Bu, mənim etdiyim ən böyük zərərdir. Vətənimə, xalqıma olan sevgim vətənimə vurduğum ən böyük ziyandır”, – Paşinyan deyib.

Xuraman Etibarlı

İnterpress.az