Paşinyan: “Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacağıq”backend

Paşinyan: “Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan

“Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil”.

“İnterpress.az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq”, – o qeyd edib.

Onun sözlərinə görə, bəzi dairələr dövlət çevrilişi daxil olmaqla, müxtəlif səpkili bəyanatlar verirlər: “Bu şərtlər daxilində Ermənistan dövləti qanunvericilik çərçivəsində reaksiya verməlidir. Ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə Ermənistanın dövlətçiliyinə xələl gətirmək imkanı verilməməlidir”.