“Paşinyan və onun hökumət üzvləri Rusiyadan narazıdır” – Politoloqbackend

“Paşinyan və onun hökumət üzvləri Rusiyadan narazıdır” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın Rusiyadan tamamən imtina etməsi üçün Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi gərəkdir”.

Bu sözləri Ermənsitanın Rusiyadan uzaqlaşmağına əsas verən siyasi addımlarını şərh edən politoloq Elxan Şahinoğlu İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənsitan hakimiyyəti Rusiyadan narazıdır və bunu açıq şəkildə büruzə verir:

“İl ərzində Fransa prezidenti Emmanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Mur İrəvana gediblər və bu ölkənin baş naziri Nikol Paşinyanla qapalı müzakirələr aparıblar. Bu səfərləri birləşdirən əsas amil odur ki, Ermənistan hakimiyyətini Rusiyadan uzaqlaşmağa inandırmaq idi. Paşinyan və onun hökumət üzvləri Rusiyadan narazıdırlar. Düşünürlər ki, Azərbaycan Kremlin susqunluğundan istifadə edərək bölgədə mövqelərini gücləndirir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan “Rusiya bizə təzyiq edir” açıqlaması il ərzində Qərb ölkələrindən İrəvana edilən səfərlərin və müzakirələrin məntiqi nəticəsidir. Paşinyanın Rusiyadan tamamən imtina etməsi üçün Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi gərəkdir. Pelosi, Börns, Makron və Mur Paşinyana müxtəlif vədlər verə bilərdilər, ancaq Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qoruya biləcək imkanları və istəkləri yoxdur”.