Paşinyandan daha bir sərsəmləmə: BMT-nin qətnamələrini qəbul etmirbackend

Paşinyandan daha bir sərsəmləmə: BMT-nin qətnamələrini qəbul etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxribatçı fikirləri və davranışları ilə Qarabağda müharibənin alovlanmasına səbəb olan Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə avantürist açıqlama ilə çıxış edib. Yenisabah.az xəbər verir ki, o, BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrin “başqa dövrdə” qəbul edildiyini bildirib: “BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələr başqa dövrdə qəbul edilib və başqa konteksdədir”.

O əlavə edib ki, BMT qətnamələrini konteksdən çıxarmaq və başqa məqsədlər üçün istifadə etmək olmaz. “Əvvəlcə orada nələrin yazıldığını və yazıların hansı məna daşıdığını bilmək lazımdır. Həmin sənəddə Ermənistanla bağlı yazılan fikirlər başqa məna daşıyır. Orada Ermənistana çağırış edilir ki, imkan daxilində Dağlıq Qarabağda yaşayan ermənilərlə əlaqələrdən istifadə edərək, vəziyyəti stabilləşdirsin. Daha dəqiqi, bu qətnamələr 1993-cü ildə qəbul edilib və həmin dövrdə vəziyyət tamam başqa idi. Bu konkret situasiya haqqındadır və bu qətnamələri kontekstdən çıxarmaq, təhrif etmək lazım deyil”, – deyə Ermənistanın Baş naziri bildirib.

BMT Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edib. Sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunub. 1993-cü ildə qəbul edilən qətnamələr hələ də icra olunmayıb.

 

İnterpress.az