Pavel Durov çağırış vərəqəsi alıb və onu “şübhəli” adlandırıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Pavel Durov özü məlumat verib.
“Telegram”ın təsisçisi Pavel Durov ona gələn rəsmi çağırış vərəqəsi ilə bağlı açıqlama verib.
Sənəddə o, cinayət işində “şübhəli” şəxs qismində göstərilib.
Durov bu vəziyyəti sosial şəbəkədəki paylaşımı ilə kinayəli şəkildə şərh edib:
“Onlar yəqin ki, məni Rusiya Konstitusiyasının söz azadlığını və şəxsi yazışmaların sirrini təmin edən 29-cu və 23-cü maddələrini qorumaqda şübhəli bilirlər. “Günahkar” olduğum üçün qürur duyuram!” – o yazıb.

Xuraman Etibarlı
İnterpress.az






