Pentaqon: Lazım gələrsə, ukraynalı pilotlara F-16-larla bağlı təlim keçməyə hazırıqbackend

Pentaqon: Lazım gələrsə, ukraynalı pilotlara F-16-larla bağlı təlim keçməyə hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) lazım gələrsə, ukraynalı pilotlara F-16-ları idarə etmək üçün təlim keçməyə hazır olduqlarını bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında sözügedən təlimlə bağlı açıqlamalar verib:

“Əgər onların planlaşdırdıqları pilotları yetişdirmək imkanları yoxdursa, o zaman biz təlimdə kömək edəcəyik”.

Sinq həmçinin bildirib ki, ukraynalı pilotların F-16-ları idarə etməyə hazır olması üçün “ciddi ingilis dili təlimi” keçmələri üçün müəyyən vaxt lazım olacaq.

Ukraynaya F-16-ların tədarükü üçün Hollandiya və Danimarka başda olmaqla ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı olan F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.

Danimarka Ukraynalı pilotların 4-6 ay davam edən təlimi başa çatdıqdan sonra ilin sonuna qədər Ukraynaya 19 ədəd F-16 tədarük edəcəyinə söz verib.

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 20-də Telegram hesabında etdiyi paylaşımda Hollandiya və Danimarkadan ümumilikdə 61 ədəd F-16 alacaqlarını bildirib.

ABŞ F-16 döyüş təyyarələrini Ukraynaya çatdırmaq üçün Hollandiya və Danimarkaya yaşıl işıq yandırdıqdan sonra Zelenski avqustun 20-də Hollandiyaya səfər edib və sonra Danimarkaya keçib.