Peruda etirazlarda 64 nəfər həlak olubbackend

Peruda etirazlarda 64 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda hökumət əleyhinə keçirilən etirazlarda 64 nəfər həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Peruda etirazlar keçmiş prezident Pedro Kastilonun 2022-ci il dekabrın 7-də Konqres tərəfindən impiçment edilməsindən sonra başlayıb.

Nümayişçilər prezident Boluartenin istefasını, növbədənkənar seçkilərin keçirilməsini və həbsdə olan keçmiş prezident Pedro Kastilonun azad edilməsini tələb edirlər.

Boluarte yanvarın 24-də nümayişçiləri bir daha dialoqa çağırıb və etirazların dayandırılmasını tələb edib.

Peru mətbuatının məlumatına görə, 2022-ci il dekabrın 11-dən bu yana nümayişlərdə 64 nəfər həyatını itirib, yaralananların sayı isə 1700-ü keçib.