Peskov: “Buça ilə bağlı iddia çox ciddidir”backend

Peskov: “Buça ilə bağlı iddia çox ciddidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya diplomatları Buçadakı təxribat mövzusunu BMT Təhlükəsizlik Şurasının gündəliyinə salacaq. Məsələ çox ciddidir”.

İnterpress.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O deyib ki, Buçadakı vəziyyətlə bağlı faktlarla Ukraynanın iddiaları arasında ziddiyyət var:

“Bu məsələnin Təhlükəsizlik Şurasının platformasına çıxarılması təşəbbüsünün özü onu göstərir ki, Rusiya beynəlxalq səviyyədə müzakirəni istəyir və faktiki olaraq tələb edir”.

Qeyd edək ki, Rusiya Buçada baş verən hadisələr fonunda 4 aprel tarixində BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılmasını tələb edib.