BRİCS sammitində Əliyevlə Paşinyan arasında söhbət ümumi müzakirəyə mane olmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavabındırarkən deyib.
O qeyd edib ki, beynəlxalq görüşlər həmişə ikitərəfli əlaqələr üçün istifadə olunur.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında “autreach”/“BRICS plus” formatında keçirilən görüşdə söhbət ümumi müzakirələrə mane olmayıb.
“Xeyr. Mane olmadı. Bu, ümumi təcrübədir. Dövlət başçıları ikitərəfli təmaslar üçün çoxtərəfli formatlardan istifadə edirlər”, – Kremlin sözçüsü bildirib.
Xuraman Etibarlı
İnterpress.az