Pilot sərnişinin hücumuna məruz qaldıbackend

Pilot sərnişinin hücumuna məruz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan hava yolu şirkəti IndiGo-nun daxili reysinin sıx duman səbəbindən gecikəcəyini açıqlayan pilot sərnişinin hücumuna məruz qalıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistan mətbuatında yer alan xəbərlərə görə, Dehli-Qoa reysi ilə uçan sərnişinin pilota hücum etməsinin görüntüləri sosial mediada paylaşılıb.

Görüntülərə görə, pilot qatı duman səbəbindən uçuşun təxirə salınacağını elan edir.

Bu vaxt sərnişinin sürətlə pilota yaxınlaşaraq onun üzünə vurduğunu görmək olar.

Digər tərəfdən, uçuşun 13 saat gecikdiyi bildirilib.

Təyyarədə digər stüardessalar tərəfindən zərərsizləşdirilən hücumçu nəzarətə götürülüb.

Pilot aqressiv sərnişinlə bağlı şikayət etsə də, məsələ ilə bağlı araşdırmalar davam edir.