Pişik balığı üzgüçülərə HÜCUM ETDİ – Yaralanan var – FOTObackend

Pişik balığı üzgüçülərə HÜCUM ETDİ – Yaralanan var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bavariyada pişik balığı (som) üzgüçülərə hücum edib, bir nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, Mərkəzi Frankoniyadakı Brombax gölündə aqressiv pişik balığı göldə üzən kişiyə hücum edib.

Cəmi iki həftə əvvəl burada oxşar hadisə baş vermişdi. Polis məmuru xidməti silahı ilə onu vurana qədər iki metr uzunluğunda balıq təxminən 5 nəfərə hücum etmişdi.

Bu dəfə pişik balığı 69 yaşlı kişini hədəf alıb. O, çimmək üçün adadan keçərkən, pişik balığı birdən onun əlindən dişləyib.

Üzgüçü qaçaraq Asperq (həmçinin Bavariya) kəndi yaxınlığındakı sahilə üzməyi bacarıb və orada ona tibbi yardım göstərilib.

Maraqlıdır ki, 90 kiloqram çəkisi olan heyvan daha sonra göldən çıxarılaraq boşqaba qoyulub. Yaxınlıqdakı restoran sahibi onu 120 porsiyaya bölərək menyusunda təklif edib.

Heyvan hüquqları təşkilatı PETA isə pişik balığının öldürülməsini qətiyyətlə pisləyib.

Xuraman Etibarlı

İnterpress.az