Pişik Günel: “Əvvəllər ağlım olmayıb”backend

Pişik Günel: “Əvvəllər ağlım olmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir  ki, ATV-nin “Xəbər Ətər” verilişinin növbəti qonağı müğənni Günel Ələkbərova (Pişik Günel) olub.

Müğənni əvvəllər çox ağılsız olduğunu deyib:

“Hər zaman çalışırdım ki, brend geyinim. Hətta xaricdə belə ən bahalı və brend geyimləri seçirdim. Əvvəllər bir köynəyə 1500-2000 manat verməyi düşünürdüm. Doğrudan da ağlım olmayıb.

Bəzi insanlarla rastlaşanda baxırsan ki, brend geyinsə də, əynində əski parçası kimi görünür. Elə adam da var ki, adi 30-40 manatlıq bir şey geyinsə də, gözəl və sanballı görünür”.

 

İnterpress.az