Rusiya NATO ölkəsinə hücum edərsə, alman qoşunları rus əsgərlərini öldürməyə hazır olacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorus “Financial Times”a deyib.
N azir bildirib ki, Rusiya NATO ölkəsinə hücum edərsə, alman qoşunları “rus əsgərlərini öldürməyə” hazır olacaq.
“Mən həmişə əmin olmuşam ki, əgər siz sülh və gərginlik haqqında bərabər şərtlərlə danışmaq istəyirsinizsə, o zaman bunu yalnız güclü mövqedən edə bilərsiniz”, – o qeyd edib.
Bu, “kimsəni qorxutmaq üçün deyil, aydınlaşdırmaq üçündür: biz sizinlə sülh şəraitində yaşamaq istəyirik, amma düşünməyin ki, biz zəifik və ya özümüzü müdafiə edə bilmirik”, – nazir əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az