Meksikada polis 30 yaşlı qadını günlərlə tapa bilməyib. Səbəb sosial şəbəkələrdəki “filtrlər” olub.
İnterpress.az xəbər verir ki, bu barədə Meksika mediası məlumat yayıb.
Meksikada qeyri-adi axtarış prosesi yaşanıb. Hüquq-mühafizə orqanları itkin düşmüş 30 yaşlı qadını bir neçə gün ərzində tapa bilməyiblər.
Buna əsas maneə kimi qadının sosial şəbəkə hesablarındakı fotolarında istifadə etdiyi həddindən artıq çoxsaylı “filtrlər” göstərilib.
Polis əməkdaşları bildirirlər ki, rəqəmsal dəyişikliklərə məruz qalmış fotolar qadının real xarici görünüşünü tamamilə dəyişdirdiyi üçün axtarış işləri xeyli çətinləşib və vaxt itkisinə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






