Polis maşını qəzaya düşdü, polis yaralandıbackend

Polis maşını qəzaya düşdü, polis yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Cəlilabad rayonunda yol qəzası baş verib

İNTERPRESS.AZ xəbər verir ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, TIR markalı yük avtomobili Yol Patrul Xidməti avtomobilinə çırpılıb.

Hadisə nəticəsində polis əməkdaşı ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.