Polisə məxsus 20-dən çox moped OĞURLANDIbackend

Polisə məxsus 20-dən çox moped OĞURLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda polisin saxlandığı ərazidən onlarla mopedin oğurlanması araşdırılır.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. İrəvanda patrul polis idarəsindən mopedlərin oğurlanması ilə bağlı cinayət işi açılıb.

Bildirilir ki, Ermənistan patrul polisinə məxsus dayanacaqdan 20-dən çox mopedin oğurlandığı məlum olub.

Daxili İşlər Nazirliyindən aydınlıq gətirilib ki, xidməti araşdırma zamanı mümkün cinayəti göstərən faktlar aşkarlanıb.

“Daxil olmuş materiallar cinayət işinin başlanması məsələsinin həlli üçün Baş Prokurorluğa verilib”, – nazirlikdən bildirilib.

Hazırda vəziyyətə hüquqi qiymət verilənə qədər istintaq müvəqqəti olaraq dayandırılıb.

Baş Prokurorluq da öz növbəsində bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş başlayıb: CM-nin oğurluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və rüşvət vermək.

Xuraman Etibarlı

İnterpress.az