Rubio Ukrayna üzrə sülh planında tonu dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubionun İsveçrəyə səfərinə qədər Ukrayna üzrə danışıqlarda əsas rolu vitse-prezident Cey Di Vens və onun yaxın adamı Den Driskoll oynayırdı. Lakin həftəsonuna doğru Rubio təşəbbüsü ələ aldı və müzakirələrin tonu daha “elastik” oldu.
Mənbələr bildirir ki, Rubionun prosesə qoşulması danışıqların tempinə də təsir edib.
“Proses yavaşıyıb və bu yaxşıdır”, – mənbə nəşrə bildirib.
Avropalı yüksəkvəzifəli mənbənin sözlərinə görə, Rubio hazırkı administrasiyadakı bir çox şəxsdən daha yaxşı anlayır ki, “Ukrayna nə qədər çətin vəziyyətdə olsa da, hökumət kapitulyasiya sənədi imzalaya bilməz”.
Politico vurğulayır ki, ABŞ diplomatiyasında yaşanan “xaos həftəsi” Rubionun “Rusiya–Ukrayna” xəttində əsas tənzimləyici fiqur olduğunu göstərib.
Nəşr əlavə edir ki, administrasiyada koordinasiyanın zəifliyi fonunda milli təhlükəsizlik üzrə məsləhətçinin rolunun passiv qalması Rubionun təsirini daha da önə çıxarıb.
Xuraman Etibarlı
İnterpress.az






