“Erməni diasporu bu gün Qarabağdakı separatçıların qondarma “müstəqillik günü” ilə bağlı müxtəlif ölkələrdə mitinqlər keçirəcək”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, analoji tədbirlər Xankəndində planlaşdırılsa da, Araikin “istefası”ndan sonra səssizliyə bürünüblər.
“Özlərini göstərmək üçün nəsə edəcəkləri istisna deyil, hərçənd, qondarma “bayramlarında” “başsız” qalmaları separatçıların sonunun bir qədər də yaxınlaşması kimi qəbul edilə bilər.
Bu gün Qarabağdakı erməni əhalisinə səsgücləndiricilərlə Azərbaycanın dövlət himninin dinlədilməsi onların reallığı bir daha anlaması baxımından yaxşı addım olardı”, – politoloq bildirib.