Polşanın müdafiə naziri Mariuş Blaşçak Almaniyanın ölkədəki Patriot hava hücumundan müdafiə sistemlərinin müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklifini qəbul edəcəklərini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Müxalifətçi siyasətçilərin Polşanın hava hücumundan müdafiəsi ilə bağlı səsləndirdiyi tənqidlərə diqqət çəkən Blaszczak hakimiyyətləri dövründə hava hücumundan müdafiəni yaxşılaşdırmaq üçün heç bir şey etmədikləri səbəbiylə müxalifəti ikiüzlülükdə günahlandırıb.
Blaszczak Almaniyanın Patriot hava hücumundan müdafiə sistemlərinin Polşada qalması müddətinin ilin sonuna qədər uzadılması təklifini qəbul edəcəklərini bildirib.
2022-ci ilin noyabrında Ukraynadan atılan raketin Polşa ərazisinə düşməsi və iki nəfərin ölümündən sonra Almaniya yanvar ayında bu ölkədə öz Patriotlarını yerləşdirib.