Polşa daxili işlər nazirinin müavini Maciej Vasik Belarusla sərhədə əlavə 2000 hərbçi yerləşdirəcəklərini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu da əvvəllər açıqlanan rəqəmdən iki dəfə çoxdur.
Vasik bildirib ki, qoşunların göndərilməsi ilə bağlı qərar Nazirlər Şurası tərəfindən verilib.
Bu həftənin əvvəlində Polşa Sərhəd Mühafizəsi Müdafiə Nazirliyindən Belarus sərhədinə əlavə 1000 hərbçi göndərilməsini istəyib.
Gücləndirmənin Müdafiə naziri Mariuş Blaşçak tərəfindən təsdiqləndiyini bildirən Vasik deyib ki, bu gücləndirmə min yox, 2 min əsgər olacaq. Bu qərarı nazir Blaşçak verib.
Vasikin sözlərinə görə, qoşunlar yaxın iki həftə ərzində Belarus sərhədindəki Podlaskie və Lubelskie bölgələrində sərhədçilərə dəstək vermək üçün öz postlarına gələcəklər.
Bu yaxınlarda “Vaqner” muzdlu dəstəsinin üzvləri Polşa sərhədi yaxınlığında görünüb və baş nazir Mateuş Moravetski bildirib ki, bu hadisə NATO-nun şərq cinahında vəziyyətin sabitliyini pozmağa yönəlib.
Polşa KİV-lərinin məlumatına görə, hazırda ölkənin Belarusla sərhədində 2000 əsgər, həmçinin yüzlərlə polis və sərhədçi yerləşdirilib.