Polşa Cənubi Koreyadan aldığı silahları Ukraynaya verməyəcək, çünki onlar özümüzə lazımdır – Andjey Dudabackend

Polşa Cənubi Koreyadan aldığı silahları Ukraynaya verməyəcək, çünki onlar özümüzə lazımdır – Andjey Duda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Cənubi Koreyadan aldığı silahları Ukraynaya verməyəcək, çünki onlar Polşanı qorumaq məqsədi daşıyır.

İnterpress.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb. Polşa prezidenti Andjey Duda deyib ki, Polşa Cənubi Koreyadan aldığı silahları Ukraynaya verməyəcək, çünki onlar Polşanın özünə lazımdır.

KXDR Rusiyaya qoşun yeritdikdən sonra Cənubi Koreya Ukraynaya öldürücü silahların tədarükünə qoyulan qadağaya yenidən baxa bilər. Lakin Polşa prezidenti bunun Polşa ehtiyatlarına şamil edilməyəcəyini vurğulayıb.

“Elə bir ssenari yoxdur ki, biz bu yaxınlarda vergi ödəyicilərimizin cibindən milyardlarla zlotiyə aldığımız silahları kiməsə təhvil verək. Bu silahlar Polşa Respublikasının təhlükəsizliyinə və müdafiəsinə xidmət etməlidir”, – Dusa deyib.

Xuraman Etibarlı

İnterpress.az