Polşa prezidenti Baydenin qərarından RAZI QALIB – VİDEObackend

Polşa prezidenti Baydenin qərarından RAZI QALIB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Baydenin Kiyevə Rusiyaya zərbə endirməyə icazə vermək qərarından razı qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda televiziyada çıxışında deyib.

Polşa prezidenti Duda Baydenin Kiyevə Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməsinə icazə vermək qərarından məmnundur.

“Hesab edirəm ki, Ukrayna bu gün həqiqətən də müttəfiq yardımından istifadə ilə bağlı bütün məhdudiyyət və limitləri aradan qaldırmalıdır. Buna görə də prezident Baydenin verdiyi qərardan çox məmnunam.

Hesab edirəm ki, bu, indiki şəraitdə, xüsusən də Rusiyanın hücumlarını xeyli artırdığı bir vaxtda çox zəruri olan ağlabatan qərardır.

Şübhəsiz ki, bu, Ukraynaya hücumları çətinləşdirəcək. Ona görə də bu, çox yaxşı qərardır və mən bundan çox məmnunam”, – Duda deyib.

Xuraman Etibarlı

İnterpress.az