Polşa vətəndaşı Qazaxıstan prezidenti olmaq istəyibbackend

Polşa vətəndaşı Qazaxıstan prezidenti olmaq istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balli Majets adlı Polşa vətəndaşı Qazaxıstan prezidentliyinə namizədliyini irəli sürməyə çalışıb.

Bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, bu, Majetsin respublikada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyəti ilə bağlı ilk bəyanatı deyil. Lakin Konstitusiyaya görə, yalnız anadangəlmə Qazaxıstan vətəndaşları prezident ola bilər.

Bundan əlavə, namizədin ən azı 40 yaşı, mükəmməl dil biliyi və ali təhsili olmalı, o, son 15 ildə ölkədə yaşamalıdır.

Qeyd edək ki, xanım Balli 2015-ci il seçkilərində Polşa prezidentliyinə namizəd olub. Bundan əlavə, 2017-ci ildə o, Qazaxıstan hakimiyyətinə ölkədə qalmasına icazə verilməsi xahişi ilə müraciət edib. Majets yerli siyasi məhbuslara dəstək aksiyaları ilə tanınır.

Mənbə: lenta.ru