Polşada hər kəs Mahirin bu hərəkətindən danışır – Videobackend

Polşada hər kəs Mahirin bu hərəkətindən danışır – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimizin və “Legiya”nın üzvü  Mahir Emreli  Avropa Liqasının pley-off mərhələsinin “Slaviya” ilə Çexiyada keçirilən oyununda (2:2) gözəl jestlə yadda qalıb.

Yenisabah.az xəbər verir ki, əvvəlcə 24 yaşlı hücumçunun start heyətdə meydana çıxması planlaşdırılmayıb.

Lakin ilk 11-likdə yer alacağı gözlənilən çexiyalı hücumçu Tomaş Pekhart isinmə hərəkətlərində zədələnib. Bu səbəbdən də protokolda dəyişiklik edilib və Emreli Pekhartın əvəzinə start heyətdə yer alıb.

Mahir 20-ci dəqiqədə vurduğu baxımlı qoldan sonra zədəli komanda yoldaşı Tomaş Pekhartın yanına qaçaraq sevincini onu qucaqlayaraq qeyd edib.