Polşada strateji yerlərin fotolarının çəkilməsi QADAĞAN EDİLDİ – FOTObackend

Polşada strateji yerlərin fotolarının çəkilməsi QADAĞAN EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada strateji yerlərin fotoşəkillərinin çəkilməsi qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Polşa Radiosu” məlumat yayıb. Bildirilir ki, Polşada bütün ölkədə strateji yerlərin fotoşəkillərinin çəkilməsi qadağan edilib.

Qanun pozuntusu 20 min zlotiyə qədər cərimə və 30 günə qədər həbslə cəzalandırılır.

Hüquq-mühafizə orqanlarının həmçinin mühüm infrastruktur obyektinin fotoşəkilini çəkmək üçün istifadə edilən cihazı ələ keçirmək hüququ var.

Xuraman Etibarlı

İnterpress.az