Ukraynadan Polşaya daxil olanların sayı avqustun 1-nə 14 milyon 182 min, ölkəni tərk edənlərin sayı isə 12 milyonu keçib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Təkcə dünən Ukraynadan ölkəyə 30 min 800 nəfərin daxil olduğu bildirilib: “Müharibə başlayandan bu yana Ukraynadan Polşaya tranzitlərin sayı 14 milyon 182 minə çatıb”.
Polşanı tərk edən ukraynalıların ümumi sayının 12 milyon 399 min nəfər olduğu qeyd edilib.
Polşa hakimiyyətinin verdiyi açıqlamalara görə, ölkədə təxminən 2 milyon ukraynalı yaşayır.
Sərhəd keçidlərinin və qayıdışların eyni şəxslər tərəfindən həyata keçirilə biləcəyini bildirən səlahiyyətlilər, insanların sayına deyil, keçidlərin sayına nəzarət etdiklərini bildirirlər.