Popocatepetl vulkanında şiddətli püskürmələr başlayıbbackend

Popocatepetl vulkanında şiddətli püskürmələr başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada Popokatepetl vulkanında şiddətli püskürmələr baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vulkanın püskürtdüyü kül yaşayış məntəqələrindəki evlərə çatıb.

Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) hesabatına görə, son 24 saat ərzində vulkanda 3 püskürmə, 127 qaz və kül püskürməsi baş verib.

Bildirilib ki, son günlər vulkanın püskürmələri intensivləşib. Vulkanın səpdiyi külün yaşayış məntəqələrinə çatdığı, küllərin isə evlərin eyvanlarına, nəqliyyat vasitələrinin üzərinə yığıldığı görülüb.

Bundan əlavə, vulkanın yaxınlığında yerləşən Atliksko şəhərinin sakinləri şiddətli püskürmələr nəticəsində evlərinin şüşələrinin sındığını bildiriblər.

Vulkanda püskürmələrin davam edəcəyini vurğulayan səlahiyyətlilər, kraterdən uzaq durmaq və sağlamlığa zərər verə biləcək kül yağışına qarşı tədbir görmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bir ildən artıqdır fəaliyyətini artıran Popocatepetl vulkanında ilin əvvəlindən bu yana 476 püskürmə baş verib.

2022-ci ildə vulkanda cəmi 113 püskürmə qeydə alınıb.