“Press TV”nin müxbiri çəkiliş zamanı AĞIR YARALANDI – VİDEObackend

“Press TV”nin müxbiri çəkiliş zamanı AĞIR YARALANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın “Press TV” telekanalının jurnalisti Livanda İsrail PUA-sının hücumuna məruz qalaraq yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.

İranın ingilisdilli “Press TV” dövlət telekanalının müxbiri Hadi Xoteyt Livanın cənubunda reportaj hazırlayarkən İsrail ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) hədəfinə çevrilərək yaralanıb.

Jurnalistin verdiyi məlumata görə, hücum qəsdən və məqsədyönlü şəkildə həyata keçirilib. Belə ki, o, çəkiliş zamanı üzərində aydın görünən “PRESS” (Mətbuat) yazısı olan fərqləndirici geyimdə və tamamilə açıq ərazidə olub.

Həmin vaxt İsrail dronu onun birbaşa yaxınlığına partlayıcı sursat atıb. Nəticədə jurnalist sinə və ayaq nahiyələrindən altı qəlpə yarası alıb.

Hadisədən dərhal sonra yaralı jurnalist yerli tibb məntəqəsinə yerləşdirilib və həkimlər tərəfindən ona lazımi müdaxilə edilib. Hazırda onun səhhətinin stabil olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az