Prezident “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılması barədə fərman imzaladıbackend

Prezident “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılması barədə fərman imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv edilməsi haqda fərman imzalayıb.

İnterpress.az xəbər verir ki, Prezident Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradıb.

Yeni yaradılan Agentlik Şuranın hüquqi varisi elan edilib.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Agentliyin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

Agentliyə əlavə üstünlük də tanınıb. Belə ki, Şuradan fərqli olaraq, agentliyin idarə, filial və nümayəndəlikləri yaradıla bilər.

 

 

İnterpress.az