Putin: “Rusiya Trampın Ukrayna ilə bağlı bəyanatlarını kifayət qədər ciddi qəbul edir”backend

Putin: “Rusiya Trampın Ukrayna ilə bağlı bəyanatlarını kifayət qədər ciddi qəbul edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Donald Trampın Ukraynadakı müharibəni bitirməyə hazır olması ilə bağlı bəyanatlarını kifayət qədər ciddi qəbul edir”.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

Putin ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə dayandırılması ilə bağlı mümkün təklifləri ilə tanış olmadığını bildirib.

“Cənab Trampın prezidentliyə namizəd kimi Ukraynada müharibəni dayandırmağa hazır olduğunu bəyan etməsi, biz bunu kifayət qədər ciddi qəbul edirik. Əlbəttə ki, onun necə planlaşdırdığı ilə bağlı mümkün təklifləri ilə tanış deyiləm.

Bunu necə etməyi planlaşdırdığına dair mümkün təklifləri ilə də tanış deyiləm və bu, əlbəttə ki, əsas sualdır. Amma şübhə etmirəm ki, o, bunu səmimi deyir və biz bunu dəstəkləyəcəyik”, – Putin deyib.

Xuraman Etibarlı

İnterpress.az