Putin Tacikistan prezidentinə təşəkkür edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emoməli Rəhmonla danışıb
Putin “Krokus”da terror aktından sonra verilən başsağlığına görə Tacikistan prezidentinə təşəkkür edib.
“Başsağlığı sözlərinizə görə təşəkkür edirəm. Terror hadisəsi ilə bağlı bunu ilk deyənlərdən biri siz oldunuz”, – Putin deyib.
Qeyd edək ki, Rusiya və Tacikistanın xüsusi xidmət orqanlarının ümumi terror təhdidlərinə cavab vermək üçün işi qurulub.
Xuraman Etibarlı
İnterpress.az