Putin Ukrayna müharibəsində uduzur: “Rusiya ordusu o qədər sürətlə qaçır ki,..”backend

Putin Ukrayna müharibəsində uduzur: “Rusiya ordusu o qədər sürətlə qaçır ki,..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Peqov Qarabağdan neçə qaçmışdısa, Ukrayna torpaqlarından da eləcə qaçır”.

Bu sözləri Ukrayna müharibəsində Rusiyanın hədəflədiyi strategiyanın gözləntilərini doğrultmamasına münasibət bildirən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, işğal altındakı torpaqları azad edən Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu ağır itkilərə məruz qoyur:

“Son on gündə USQ Rusiyanın bir neçə min hərbçisini məhv edib və ya əsir alıb. Ukrayna Rusiya ordusuna məxsus yüzlərlə texnikanı, on tonlarla hərbi sursatı ələ keçirib. Kremlin sərt senzurası altında olan Rusiya mətbuatı isə Putinin Moskvada dünyanın “ən hündür” dönmə çarxını açması ilə bağlı məlumatı tirajlayır. Çeçenistanın başçısı Ramazan Kadırov isə orta əsr döyüş geyimində sərkərdə obrazını yaratmaqla rusları müharibəyə ruhlandırmağa çalışır. Bütün bunlar Rusiyanın düşdüyü tragikomik vəziyyətin mənzərəsidir. Halbuki Putin Ukraynaya qarşı başlatdığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırmışdı.

Çox güman ki, Rusiya ordusunun işğal etdiyi torpaqları ataraq qaçmasını da “xüsusi hərbi geri çəkilmə” adlandıracaq. Rusiya ordusu isə o qədər sürətlə qaçır ki, əks-hücuma keçmiş Ukrayna ordusu onlara çata bilmir. Qaçanlar arasında Rusiya xüsusi xidmət orqanlarına bağlı “WarGonzo” internet resursunun rəhbəri Semyon Peqov da var. Peqov Qarabağdan neçə qaçmışdısa, Ukrayna torpaqlarından da eləcə qaçır”.