Putin Ümumdünya Dostluq Oyunlarının təxirə salınmasını əmr edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Ümumdünya Dostluq Oyunlarının növbəti qərara qədər təxirə salınması barədə göstəriş verib. Müvafiq fərman hüquqi aktların saytında dərc olunub.
Sənəddə deyilir: “Rusiya prezidentinin xüsusi qərarına qədər “Ümumdünya Dostluq Oyunları” beynəlxalq yarışlarının keçirilməsi təxirə salınsın.
Oktyabrın sonunda idman nazirliklərinin nümayəndələri Moskvada 2025-ci ildə Ümumdünya Dostluq Oyunlarına ev sahibliyi etməli olan ixtisaslaşdırılmış obyektlərdə olublar.
Təşkilat komitəsi qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin təzyiqləri Dostluq Oyunlarının keçirilməsinə öz izini qoyur.
Əvvəlcə Dostluq Oyunlarının 2024-cü il sentyabrın 15-29-da Moskva və Yekaterinburqda keçirilməsi nəzərdə tutulsa da, turnir təxirə salınıb.
Xuraman Etibarlı
İnterpress.az