Putindən ABŞ-a raket cavabı! “Bu, ciddi təhlükə yaradır”backend

Putindən ABŞ-a raket cavabı! “Bu, ciddi təhlükə yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Avropada raket sistemləri yerləşdirmək planlarının Rusiya üçün “çox böyük təhlükə” olduğunu bildirib.

Türküstan.az xəbər verir ki,Rusiya lideri Putin Müdafiə Nazirliyinin rəsmiləri və müdafiə sənayesi nümayəndələri ilə görüşündə deyib ki, bəzi ölkələr ABŞ-ı nəzərdə tutmaqla Rusiya ilə aralarında “strateji bərabərliyi” pozmağa çalışırlar.

“Biz yaxşı bilirik ki, bəzi əcnəbi həmkarlarımız bu əlaqələri pozmaq cəhdlərindən əl çəkmirlər. Bu təşəbbüslərdən birinin qlobal raketdən müdafiə sistemlərinin sərhədlərimizə çox yaxın yerləşdirilməsi olduğunu bildirən Putin, Rusiyanın təhlükəsizliyinə bu təhdidləri görməməyin mümkün olmadığını, bu vəziyyətə layiqincə cavab verəcəyimizi vurğulayıb.

Hərbi-hava qüvvələrinin gücləndirilməsi ilə bağlı məsələləri həll etməli olduqlarını bildirən Rusiya prezidenti, “Çünki Rusiyanın hava hücumlarından qorunması və strateji bərabərliyin təmin edilməsi birbaşa hava qüvvələrimizin döyüş hazırlığı və texniki vəziyyətindən asılıdır” deyib.

“ABŞ-ın Avropada orta mənzilli raketlər yerləşdirməklə bağlı məlum planları var ki, bu da böyük təhlükə və təhdiddir”, – Putin əlavə edib.