Qabonda hərbi nəzarəti ələ keçirdikdən sonra Kamerun və Ruanda milli ordularında yeni təyinatlar həyata keçirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dünyanın ən yaşlı lideri, 41 ildir vəzifədə olan 90 yaşlı Kamerun prezidenti Paul Biya nazirliyə yeni təyinatlar edib.
Digər tərəfdən, 20 ilə yaxındır prezident postunda olan və 2024-cü ildə yenidən namizəd olmağı planlaşdıran Ruanda prezidenti Paul Kaqame orduda bir çox yüksək vəzifəli şəxsi təqaüdə çıxarıb.
Uzun illər hakimiyyətdə olan iki liderin Qabondakı çevrilişdən sonra öz ölkələrində də oxşar vəziyyətin yaşanmaması üçün tədbirlər görməyə çalışdıqları iddia edilib.
Mərkəzi Afrika ölkəsi Qabonda dünən səhər tezdən milli televiziya binasına daxil olan bir qrup əsgər rəhbərliyi ələ keçirdiklərini açıqlayıb.
“Təbiətlərin Keçid və Bərpa Komitəsi (CTRI)” adlı hərbi idarə avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini və ölkə sərhədlərinin bağlandığını açıqlayıb.
Bildirilib ki, Respublika Qvardiyasının komandanı, general Bris Oliqui Nguema CTRI rəhbərliyinə gətirilib.
Hazırkı prezident Əli Bonqo Ondimba avqustun 26-da keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib.
Ölkədə səsvermə prosesinin son saatlarında “zorakılıq” səbəbi ilə komendant saatı tətbiq edilib, seçkidən sonra səslərin sayılması prosesi davam edərkən internetə məhdudiyyət qoyulub.
Ata Ömər Bonqo ilk dəfə 1967-ci ildə prezident seçilib və 2009-cu ildə vəfat edəndə oğlu Əli Bonqo onun yerində oturub.
Bonqo ailəsi 56 il Qabonu idarə edib.